20-ci sahədə qəza: Bakıdan çıxmaq mümkün olmadı
8 Noyabr 2013 11:32 KriminalBu gün Bakı şəhərinin Səbail rayonu ərazisində zəncirvarı yol qəzası baş verib. 20-ci Sahə adlanan ərazidə "VAZ 2106", "Daewoo" markalı sərnişin avtobusu və "Shacman" markalı yük avtomobili toqquşub. Qəza nəticəsində hər üç nəqliyyat vasitəsinə ciddi ziyan dəyib.
Hadisədən sonra ərazidə tıxac yaranıb və Bakıdan cənub istiqamətində çıxmaq istəyən avtomobillər 1 saata yaxın yolda gözləməli olub.
Hadisə yerinə yol polisi əməkdaşları gəlib və araşdırmalara başlanılıb. lent.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31