Beyləqanda tank dayanacağa girdi: iki avtomobil əzildi
8 Noyabr 2013 11:24 KriminalBeyləqan rayonunda qeyri-adi yol nəqliyyat hadisəsi baş verib. Minabad kəndi yaxınlığında N saylı hərbi hissəyə məxsus tırtıllı zirehli nəqliyyat vasitəsi - tank idarəetmədən çıxıb və yol kənarındakı "Mercedes" və "VAZ" markalı avtomobillərə çırpılıb. Daha sonra sərnişin dayanacağına çırpılan tank kanala aşıb.
Hadisə yerinə polis əməkdaşları və hərbçilər yığışıb. Çəkiliş aparılmasına icazə verilməyib.
Qeyd edək ki, hadisə ilə bağlı ilk məlumatı və fotoları jam.az saytı yayıb. lent.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31