Şamaxıda bıçaqlanma olub
7 Noyabr 2013 16:58 KriminalŞamaxı rayonunda bıçaqlanma hadisəsi baş verib. Hadisə rayonun Kələxana kəndində qeydə alınıb. Kənddə məskunlaşan Ahıska türkü İslamov Mahmud Əsgər oğlu şəxsi münasibətlər zəminində aralarında baş verən dava zamanı Cəbrayıl rayonundan olan məcburi köçkün, 1980-ci il təvəllüdlü Abduləliyev Vəzir Abduləli oğlunu bıçaqlayıb. Şamaxı Mərkəzi rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilən yaralının vəziyyəti hazırda orta-ağır qiymətləndirilir.
Faktla bağlı Şamaxı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.apa
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31