Azərbaycanda partiya sədrinin əmisi oğlanları qəzada öldü

Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğluya ağır itki üz verib

Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğluya ağır itki üz verib. M. Mirəlioğlunun yaxın qohumları - əmisi oğlanları Hacı Mirsütun Əzizov və Hacı Ramazan Babayev avtomobil qəzası zamanı həlak olublar.

Hadisə Lənkəran rayonu Boradigah qəsəbəsinin ərazisində baş verib. M.Əzizovun idarə etdiyi "VAZ-21145" markalı və Lənkəran şəhər sakini Elnur Abdullayevin idarə etdiyi "Mercedes" markalı avtomaşınlar toqquşub. Nəticədə M.Əzizov və sərnişin - R.Babayev qəza zamanı keçiniblər.
Qeyd edək ki, M. Mirəlioğlunun ötən il qızı dünyasını dəyişib. Ondan əvvəl isə gənc və yeniyetmə yaşında iki oğlu da dünyasını dəyişib. Onun oğlunun biri 1991-ci ildə yol qəzasında, digəri isə 2009-cu ildə ürək tutmasından vəfat edib.AzNews.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31