Bakıda silsilə oğurluq hadisələri törədən şəxs həbs edildi

Mikayıl Yunusov oğurluq edərkən Sabunçu rayon Polis İdarəsinin 15-ci polis bölməsi əməkdaşları tərəfindən tutulub

Bakıda silsilə oğurluq hadisələri törədən şəxs həbs edilib. Bakı şəhər Baş Polis İdarəsindən  verilən məlumata görə, əvvəllər məhkum olunmuş Mikayıl Yunusov Zabrat qəsəbəsi, 1 May küçəsində yerləşən Azər Atamova məxsus mağazadan qapını sındırma yolu ilə oğurluq edərkən Sabunçu rayon Polis İdarəsinin 15-ci polis bölməsi əməkdaşları tərəfindən tutulub.

Müəyyən edilib ki, o, həmin gün Rüstəm Cəfərova məxsus Nərimanov küçəsində yerləşən mağazadan dam örtüyünü sökmə yolu ilə oğurluğa cəhd edib. Bundan başqa, martın 5-də İmaməli Məmmədova məxsus Zabrat qəsəbəsi, N.Nərimanov küçəsində yerləşən mağazadan ərzaq malları, 200 manat, martın 18-ə keçən gecə Xəqani İbrahimova məxsus I Zabrat qəsəbəsində yerləşən mağazadan ərzaq malları, martın 20-nə keçən Azad Məmmədova məxsus İstixana küçəsində yerləşən mağazadan siqaretlər, martın 8-ə keçən gecə Kifayət Məmmədovaya məxsus R.Göyüşov küçəsində yerləşən mağazadan tavanı sökmək yolu ilə ərzaq malları, oktyabrın 14-nə keçən gecə Çapayev küçəsində Vasif Quluzadəyə məxsus "Kia" markalı avtomaşından şüşəni sındırma yolu ilə 100 manat, maaş kartı və şəxsi sənədlər oğurlayıb. ans

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31