Azərbaycanda daha bir ana doğuş zamanı öldü

Meyit tibbi ekspertizaya göndəriləndən sonra, ölümün səbəbləri məlum olacaq, faktla bağlı Lənkəran rayon Prokurorluğunda araşdırma aparılır

Bu gün səhər saat 07:45 radələrində Lənkəran rayonunda ana ölümü qeydə alınıb. 1981-ci il təvəllüdlü Rəhimə Ağaverdi qızı Şıxəliyeva doğuş vaxtı çatdığı Lənkəran rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsinə daxil olub. Lakin 32 yaşlı qadın daxil olduqdan 3 dəqiqə sonra keçinib. Qadın doğum etməmiş körpə ilə birlikdə ölüb.
Qeyd edək ki, Rəhimə Şıxəliyevanın əri Lənkəran rayonunda "Azərsu" ASC-də işləyir. Qadın da ərinin yanına gəlibmiş. Qadının yaxınlarının sözlərinə görə, R. Şıxəliyevanın hansısa xəstəkdən əziyyət çəkməyib.
Xəstəxananın doğum şöbəsinin müdiri Yeganə Rəhimova ANS PRESS-in bölgə müxbirinə açıqlamasında qadının ölüm səbəbinin məlum olmadığını bildirib. Onun sözlərinə görə, qadın doğum etməyib. Daxil olandan 3 dəqiqə keçməmiş ölüb. Ona görə də, bu ölümün səbəbləri hələlik qaranlıq qalır. Məlumata görə, bu, qadının ikinci hamiləliyi olub. Qadının 7 yaşlı bir oğlu var.
Meyit tibbi ekspertizaya göndəriləndən sonra, ölümün səbəbləri məlum olacaq. Hadisə yerinə hüquq-mühafizə orqanları cəlb olunur.
Faktla bağlı Lənkəran rayon Prokurorluğunda araşdırma aparılır. ans

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31