Sabiq məhkum iki polisi bıçaqladı

İyulun 10-da Yasamal rayonunda yaşayan sərxoş kişi ərazidə əməliyyat keçirən iki polis əməkdaşını bıçaqlayıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, , əvvəllər məhkum olunmuş Hafiz Abbasovun sərxoş halda münaqişə yaratması barədə Yasamal RPİ 29-cu PB-yə daxil olmuş məlumatla əlaqədar hadisə yerinə 29-cu PB-nin əməliyyat müvəkkili, polis leytenantı Emin Məmmədov və DİN ÇPA-nın əməkdaşı, polis serjantı Yusif Rzayev gedib. H.Abbasov polis əməkdaşlarına tabeçilik göstərməyib, bıçaqla E.Məmmədova döş, Y.Rzayevə isə ayaq nahiyələrindən xəsarət yetirib.Xəsarət almış Y.Rzayevə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb, E.Məmmədovun vəziyyəti isə qənaətbəxdir.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində H.Abbasov tutulub.
Rayon prokurorluğu tərəfindən araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31