Bakıda iki uşağı anasız qoyan "qatil" - Xəyanət
7 Noyabr 2013 12:06 KriminalAzərbaycanda törədilən bu hadisələrin fiqurantı cinayət xronikasında "ər" kimi qeydə düşür. Lakin bu dəfə kriminal xronikada adı çəkilən şəxs qadındır.
Bakı şəhərində həyatı yarıda kəsilən gənc ananı ölümə aparan bir səbəb məlumdur - xəyanət. Yasamal rayonu ərazisində özünü öldürən Nuranə Seyfullayevanın intiharı ilə bağlı istintaq hazırda bu versiyanın üzərində işləyir. Rayon Prokurorluğundan verilən məlumata görə, qadının özünü öldürməsinə ailə-məişət problemi səbəb olub. İstintaq da N.Seyfullayevanın ərinə xəyanətə görə özünə qəsd etməsi ilə bağlı dəlillər tapsa da, bunu istintaq sirri olduğundan tam formada açıqlamaq istəmir.
Açıqlanan odur ki, Abşeron rayon Saray qəsəbəsində yaşayan Nərminə Seyfullayeva dünən saat 17 radələrində özünü öldürmək üçün sakit bir məkan seçib. Yeni Yasamal ərazisində hələlik məskunlaşma olmayan yeni inşa olunmuş binaya gəlib. Binanın 17-ci mərtəbəsinə qalxan 2 azyaşlı uşaq anası dəmir barmaqlıqlarda şalla özünü öldürmək üçün ilgək düzəldib və özünü asıb. Həmin binada təmir işləri aparan mənzil sahiblərindıən biri N.Seyfullayevanı asılmış vəziyyətdə görən kimi dərhal polisə məlumat verib.Milli.Az