Təqsirləndirilən şəxsin alt paltarından narkotik çıxdı
7 Noyabr 2013 11:30 KriminalPenitensiar xidmətin və Bakı İstintaq təcridxanasının əməliyyat aparatları tərəfindən müəssisəyə qadağan olunmuş əşyaların keçirilməsi cəhdinin qarşısı alınıb. Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən "Olaylar"a verilən məlumata görə, həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasında 1982-ci il təvəllüdlü, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 maddəsi ilə təqsirləndirilən şəxs qismində saxlanılan Azər Bayraməli oğlu Fərzəliyevin zəruri istintaq hərəkətlərinin keçirilməsindən sonra təcridxanaya qaytarılan zaman üzərinə baxış keçirilib. Baxış zamanı onun əynində olan alt paltarının içində gizlətdiyi 1(bir) ədəd şəffaf sellofan bükülüdə 0.805 qram narkotik vasitə "tiryək", 4 (dörd) ədəd kapsula və 19 (on doqquz) ədəd həb şəklində "tramadol" dərman preparatı aşkar olunaraq götürülüb. Fakt üzrə araşdırmalar aparılır.