Gəncədə məmurun evindən oğurluq edilib
6 Noyabr 2013 17:41 KriminalGəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin kadrlar şöbəsinin müdirinin evindən oğurluq edilib. Gəncə şəhər Nizami rayon Polis İdarəsindən verilən məlumata görə, Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin kadrlar şöbəsinin müdiri Gilas Namazova polisə müraciət edərək bildirib ki, noyabrın 4-də evdə olmadığı müddətdə naməlum şəxs və ya şəxslər ona məxsus evin qapısını açaraq mənzildən bir ədəd "Toshiba" markalı kompüter, iki ədəd peyk antenasının blokunu, 2 ədəd pult və hər birinin dəyəri 100 manat olan 2 ədəd "Samsunq" markalı mobil telefonu aparıblar.
Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində cinayət işi açılıb. Oğurluğu törədən şəxs və ya şəxslərin tapılması istiqamətində əməliyyat tədbirləri həyata keçirilir.apa