Vəkil: "Həkimlər Zeynalovu müayinə etməkdən imtina edir"

Rusiyada qətlə yetirilən Yeqor Şerbakovun ölümündə təqsirli bilinən Orxan Zeynalov səhhətindən şikayət edir

Həbsxananın tibb məntəqəsinə müraciət edən Zeynalov müayinə tələb edib. O bildirib ki, saxlanılan zaman onun qabırğası zədələnib və orada çat yarana bilər.
Zeynalovun müdafiəçisi Viktor Anikuşkin "İzvestiya"ya açıqlamasına bildirib ki, təcridxananın həkimləri onu müayinə etməkdən imtina edirlər: "Onlar dedilər ki, yodla sarğı qoysun, axı o yodu hardan tapsın?".
Xatırladaq ki, oktyabrın 10-da 25 yaşlı Şerbakov münaqişə zəminində ürəyindən aldığı bıçaq zərbəsindən dünyasını dəyişib. Oktyabrın 13-ü qatilin tapılması tələbi ilə rayon sakinləri etiraz aksiyası keçiriblər. Kütləvi ixtişaşlar nəticəsində 400-ə yaxın şəxs yaxalanıb.
Tezliklə Şerbakovun qətlində şübhəli bilinən 30 yaşlı Azərbaycan vətəndaşı Orxan Zeynalov saxlanılıb.qafqazinfo.az
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31