Bakıda daha bir ağır yol qəzası: 2 ölü

Bakının Suraxanı rayonunda daha bir ağır yol qəzası baş verib.  Suraxanı rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə bu gün saat 16.30 radələrində aeroport yolunda qeydə alınıb.  "Jiquli" markalı minik avtomobili yol kənarında dirəkləri yumaq üçün su daşıyan "KamAZ" markalı yük maşını ilə toqquşub, daha sonra dirəkləri yuyan piyadanı vurub. Nəticədə minik maşının sürücüsü, 1962-ci il təvəllüdlü Məzahir Babaəli oğlu Quliyev və piyada aldıqları xəsarətdən dünyasını dəyişiblər.
Hazırda hadisə yerində araşdırma aparılır. 
Qeyd edək ki, bu gün səhər saatlarında Suraxanı rayonunda avtobus iki piyadanı vuraraq öldürüb. apa
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31