Bakıda toyda qonaqlardan birinin ürəyi dayandı
73 yaşlı kişinin ürək çatışmazlığından öldüyü bildirilir
6 Noyabr 2013 16:12 KriminalÖtən gün axşam saatlarında Bakının Nəsimi rayonu ərazisində toyda ölüm hadisəsi baş verib. Rayon Polis İdarəsindən Səməd Vurğun küçəsindəki "Niaqara" şadlıq sarayındakı toy məclisində qonaqlardan birinin halı qəflətən pisləşib. Hadisə yerinə təcili yardım həkimi çağrılıb. Lakin həkimlər 73 yaşlı Famil Əliyevin həyatını xils edə bilməyiblər. Həkimlər onun ürək çatışmazlığından dünyasını dəyişdiyini bildirib.ans
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31