Azərbaycanda görünməmiş toy qalmaqalı: gəlin qaçdı
6 Noyabr 2013 11:33 KriminalAğcabədi şəhərində keçirilən toy mərasimində və toydan sonra baş verənlər böyük qalmaqala səbəb olub. Rayonun Avşar kənd sakinləri olan gənclərin "Cavid" şadlıq sarayında keçirilən toyundan sonra 17 yaşlı qız həyat yoldaşı ilə gərdəyə girməkdən imtina edib. Daha sonra isə o, "102" qaynar xəttinə zəng vurub və zorla ərə verildiyini bildirərək, hüquq-mühafizə orqanlarından yardım istəyib. Sonradan məlum olub ki, gənc qızın valideynlərinin də bu işdə rolu var. Onlar da fikirlərini dəyişib və qızı dayısı oğluna verməyə çalışırlar. Gənc qız da bildirib ki, dayısı oğlunu sevir və buna görə də nişanlı olduğu şəxslə yaşamaqdan imtina edib. Bundan sonra toy edib, nişan aparan oğlan tərəfi də polisə müraciət edib. Onlar qarşı tərəfdən dəymiş ziyanı (nişan və toy xərcləri və s.) ödəməsini tələb ediblər.Hazırda məsələ ilə bağlı Ağcabədi rayon Polis Şöbəsinin təhqiqat bölməsində araşdırmalar davam etdirilir. lent.az
Qeyd edək ki, hadisə ilə bağlı ilk xəbəri axar.az saytı yayıb.