Salyanda yanacaqdoldurma məntəqəsində zəncirvari qəza

Salyan sakini idarə etdiyi "Mercedes" ilə köməkçi yoldan magistrala çıxmaq istəyərkən 4 maşınla tpqquşub

Salyan rayonunda 4 avtomobilin toqquşaması nəticəsidnə zəncirvari qəza baş verib. Qəza Ələt-Astara magistralının Salyan rayonundan keçən 59-km də, yanacaqdoldurma məntəqəsinin ərazisində baş verib. 32 yaşlı Salyan sakini Abasova Zakir Zaur oğlu idarə etdiyi "Mercedes" makalı minik avromobili ilə köməkçi yoldan magistrala çıxmaq istəyərkən qarşı tərəfdən gələn Neftçala rayon sakini Allahverdiyev Nicat Xaliq oğlunun sükanı arxasında olduğu "Ford Tranzit" markalı avtomobillə toqquşub. Daha sonra avtomobillər yolun kənarında hərəkətsiz halda dayanmış digər 2 "Mercedes" markalı maşına çırpılıblar.

Qəza nəticəsində hərəkətsiz halda dayanmış avtomobildə olan sərnişin Cəfərov Əlirza Ağakərim oğlu bədən xəsarətləri alaraq Salyan MRX çatdırılıb.Fakrla bağlı araşdırma aparılır. ans

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31