Qardaş bacısını amansızlıqla öldürdü

Oğuz rayonunda qətl hadisəsi törədilib. Rayon Prokurorluğundan verilən məlumata görə, Qarabaldır kəndində İsmayılov Asif Məmməd oğlu bacısı İsmayılova Hədiyyə Məmməd qızını bıçaqlayaraq qətlə yetirib. Qardaş bacısına 3 sarsıdıcı bıçaq zərbəsi endirib. H. İsmayılovanın həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı cinayət işi açılıb. hadisənin səbəbləri araşdırılır.lent.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31