Qadın İrandan heroin keçirmək istədi
5 Noyabr 2013 16:16 KriminalAstara Gömrük İdarəsinin sərnişin şöbəsində İran İslam Respublikasından piyada yolla ölkəmizə gələn Azərbaycan vətəndaşı Mehri Həbibovanın üzərində şəxsi yoxlama aparılıb. Dövlət Gömrük Komitəsindən "Olaylar"a verilən məlumata görə, yoxlama zamanı ondan 1 ədəd bağlamada, xalis çəkisi 110,559 qram narkotik vasitə - heroin aşkar olunaraq götürülüb. Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31