Siyəzəndə minik maşını ilə avtobusun toqquşması nəticəsində 16 nəfər xəsarət alıb

Ağamaliyev Ariz Bilal oğlunun idarə etdiyi 10 ZV 175 dövlət nömrə nişanlı "Mersedes" markalı minik maşını ilə Ağayev Elmar Nadir oğlunun idarə etdiyi 53 AC 279 dövlət qeydiyyatlı "KVZ" markalı avtobus Siyəzən rayonu ərazisində toqquşub.

Qəza nəticəsində 16 nəfər müxtəlif bədən xəsarətləri ilə Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib. Siyəzən rayon sakinləri 1971-ci il təvəllüdlü Leyla Məmmədzadə, 1962-cu il təvəllüdlü Aynişə Quliyeva və 1979-cu il təvəllüdlü Kifayət Yolçuyevanın aldığı xəsarətlər ağır olduğundan onlar stasionar qaydada müalicələ alırlar.  Kifayət Yolçuyevanın vəziyyəti ağırlaşdığından o paytaxtda yerləşən xəstəxanalardan birinə göndərilib. 13 nəfər isə ilkin tibbi yardımdan sonra ambulator müalicə üçün evə buraxılıb.

Şahidlərin bildiridiyə görə, qəza zamanı"Mersedes"in sürücüsü sərxoş olub. ("OLAYLAR"İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31