Saxta diplomu 5 min manata satdı
5 Noyabr 2013 15:06 KriminalBakıda vətəndaşa saxta universitet diplomunun satılması barədə məlumat daxil olub. Səbail rayon Polis İdarəsi, 9-cu Polis Bölməsindən verilən məlumata görə, Qaradağ rayon sakini 1957-ci il təvəllüdlü Qəniyev Aydın Bulut oğlu məsələ ilə bağlı şikayət ərizəsi yazıb. A.Qəniyev qeyd edib ki, qızı, 19 yaşlı Aysel Qəniyevaya diplom almaq məqsədi ilə Dadaşov Cəmil Dadaş oğluna 5 min manat pul verib. C.Dadaşov isə onlara saxta diplom verib.
Müraciətlə bağlı araşdırmalar davam etdirilir.lent.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31