Qanunsuz narkotik dövriyyəsi ilə əlaqədar 37 xarici ölkə vətəndaşı cinayət məsuliyyətinə cəlb edilib

Bu ilin doqquz ayı (yanvar-sentyabr) ərzində ölkə üzrə narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirilmiş tədbirlərin vəziyyəti müvafiq İşçi Qrupunda ümumiləşdirilib.
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasından verilən məlumata görə, bu ilin 9 ayı ərzində cinayət məsuliyyətinə cəlb edilən 1794 nəfərdən 37-si xarici ölkə vətəndaşları olub.
Onların 25-i İran İslam Respublikası, 8-i Rusiya Federasiyası, 2-si Gürcüstan, 1-i Türkiyə və 1-i Ukrayna vətəndaşlarıdır. apa

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31