Leyla Məmmədovanı kim öldürüb?
11 İyul 2012 11:33 KriminalAzərbaycan paytaxtında qətl törədilib. Bu barədə APA-ya Nizami Rayon Prokurorluğundan bildirilib. Hadisə ötən gecə paytaxtın Rüstəm Rüstəmov küçəsi ev 44, mənzil 38 ünvanında qeydə alınıb. Həmin ünvanda kirayədə yaşayan, 1986-cı il təvəllüdlü Məmmədova Leyla Mahir qızı naməlum şəxslər tərəfindən xüsusi amansızlıqla qətlə yetirilib. Onun üzərində çoxsaylı kəsilmiş-deşilmiş xəsarətləri olan meyiti qonşuları tərəfindən aşkar edilib.Baş vermiş hadisə ilə bağlı Nizami Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, əməliyyat-istintaq qrupu yaradılıb. Hazırda hadisəni törədən şəxs və ya şəxslərin müəyyən edilərək tutulması istiqamətində tədbirlər davam etdirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31