Bakıda təqsirləndirilən şəxs Polis Bölməsindən qaçıb
4 Noyabr 2013 18:22 KriminalBakıda təqsirləndirilən şəxs Polis Bölməsindən qaçıb. Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Bölməsindən verilən məlumata görə, hadisə ötən gecə qeydə alınıb. Suraxanı Rayon Polis İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 185.2.1-ci (talama məqsədi olmadan qanunsuz olaraq avtomobil və ya başqa nəqliyyat vasitəsini ələ keçirmə - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə axtarışda olan Fariz Fərahil oğlu Rzayev noyabrın 3-də Lənkəranda tutularaq Bakıya gətirilib.
Təqsirləndirilən şəxs noyabrın 3-dən 4-ə keçən gecə saxlandığı Polis Bölməsindən qaçıb.
Hazırda F. Rzayevin saxlanılması istiqamətində tədbirlər davam etdirilir. apa
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31