"Mersedes” qəza törətdi, sürücü hadisə yerindən qaçdı
4 Noyabr 2013 17:54 KriminalCəlilabadda yol-nəqliyyat qəzası baş verib. Hadisə Ələt-Astara magistral yolunun 125 kilometrliyində - rayonun Alar kəndindən keçən hissəsində qeydə alınıb. Biləsuvar rayon sakini Rafiq İsmayılovun idarə etdiyi "Mersedes" makalı mikroavtobus Bakı istiqamətində hərkətdə olarkən Cəlilabad rayon sakininin idarə etdiyi "VAZ-2107" markalı minik avtomobili ilə toqquşub. Qəza zamanı xəsarət alan olmasa da, hər iki nəqliyyat vastəsinə ciddi ziyan dəyib.
Hadisə şahidlərinin sözlərinə görə, qəzaya hadisə yerindən qaçmış "Mersedes" markalı avtomobilin sürücüsü şərait yaradıb.
Faktla bağlı BDYİ nin İstintaq və Təhqiqat Şöbəsində araşdırma aparılır.apa
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31