Sevinc Babayevanın oğlu: “Anamın ölümündə günahkar Gülər Əhmədovadır”
4 Noyabr 2013 14:20 KriminalBu gün Ağır Cinayətlər Məhkəməsində sabiq deputat Gülər Əhmədovanın məhkəmə prosesi davam edib. Bugünkü prosesdə Sevinc Babayevanın oğlu Ayxan Məmmədov ifadə verib. O bildirib ki, anası Gülər Əhmədova ilə bağlı bütün məsələləri ona danışıb: "Anam demişdi ki, Elşad Abdullayevdən iki dəfə 500 min manat pul alıblar. Özü də pulu Mərdəkan yolunda almışdılar". S.Babayevanın oğlunun sözlərinə görə, anası ona deyib ki, G.Əhmədova ilə münasibətləri 2005-2006-da korlanıb, əvvəlki kimi rəfiqə olmayıblar. Buna da səbəb isə sabiq deputatın E.Abdullayevdən pul alıb, onu geri qaytarmamağı imiş.
A.Məmmədov deyib ki, onun anasını Türkiyəyə Gülər Əhmədova göndərib: "Anamın ölümündə günahkar Gülər Əhmədovadır". lent.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31