BMW aşdı, 1 nəfər ölüb
Hadisə Bakı-Qazax yolunun 416-cı kilometrliyində qeydə alınıb
4 Noyabr 2013 12:59 KriminalBakı-Qazax yolunda ağır yol qəzası baş verib. Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, hadisə Bakı-Qazax yolunun 416-cı kilometrliyində qeydə alınıb.
Bakı şəhər sakini Aqil Fətullayev idarə etdiyi BMW markalı avtomobili aşırıb. Nəticədə xəsarət alan Aqil Fətullayev və onun sərnişinləri - həyat yoldaşı Gülşən, habelə Bakı sakini Aytən Hüseynova xəstəxanaya yerləşdiriliblər. Aytən Hüseynova orada ölüb, Aqil Fətullayev və Gülşənin vəziyyətləri isə qənaətbəxşdir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31