Məhkumun yemək qazanından telefon çıxdı

Penitensiar Xidmətin və 12 saylı cəzaçəkmə müəssisəsinın əməliyyat aparatları tərəfindən müəssisəyə qadağan olunmuş əşyaların keçirilməsi cəhdinin qarşısı alınıb. Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən "Olaylar"a verilən məlumata görə, həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 12 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən 1974-cü il təvəllüdlü, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə təqsirli bilinərək 09 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum Rüstəm Məmmədağa oğlu Kazımovun iştirakı ilə müəssisənin yaşayış sahəsində məhkumların ərzaq saxladıqları otaqda onun dolabçasına baxış keçirilib. Baxış zamanı yemək qazanının içərisində gizlətdiyi 01 ədəd "Nokia" markalı telefon aparatı və elektrik qidalandırıcısı aşkar edilərək götürülüb. Fakt üzrə araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31