Bakıda dəhşət: arvadını boğub öldürdü

Bakıda dəhşətli qətl törədilib.Xətai Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə noyabrın 3-də baş verib.Xətai rayon sakini, 29 yaşlı Elmar Sərvər oğlu Səlimov qısqanclıq zəminində həyat yoldaşı, 26 yaşlı Leyla Ramiz qızı Səlimovanı boğaraq qətlə yetirib.Hadisəni törədən E. Səlimov saxlanıb.Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31