Bakı bulvarında qanlı hadisə

Bakı şəhərinin Səbail rayonu ərazisində bıçaqlanma hadisəsi baş verib. 3 saylı şəhər xəstəxanasından  verilən məlumata görə, Bakıxanov qəsəbə sakini Zeynalov Zaur Kamal oğlu bıçaq xəsarəti ilə müraciət edib. Onun qarın nahiyəsində daxilə nüfuz edən kəsilmiş-deşilmiş xəsarət aşkarlanıb.
İlkin araşdırmalar zamanı Z.Zeynalovun Dənizkənarı bulvar ərazisində, Neftçilər prospekti 135 ünvanının qarşısında bıçaqlandığı məlum olub.
Araşdırmalar davam etdirilir. Lent.az
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31