Nərimanovda döyüş sursatı tapılıb
1 Noyabr 2013 17:13 KriminalFövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Nərimanov rayonunda döyüş sursatı aşkarlanıb. Dərhal Nazirliyin müvafiq qurumlarının mütəxəssisləri və xilasediciləri lazımi tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb olunub. Nazirliyin mütəxəssisləri aşkarlanmış sursata baxış keçirib. Müəyyən olunub ki, bu, istifadəyə yararsız olan 1 ədəd F-1 markalı əl qumbarasıdır. Aşkar edilmiş hərbi sursat müvafiq qaydada mütəxəssislər tərəfindən aidiyyəti üzrə təhvil verilib. Xilasedicilər hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birlikdə əraziyə əlavə baxış keçirmiş və digər növ şübhəli əşya aşkar edilməyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31