3 tondan artıq çətənə kolu məhv edilib

Ağcabədi və İmişli rayonunun polis şöbəsinin əməkdaşları tərəfindən "Xaş-xaş 2013" şərti adlı kompleks profilaktik tədbirlər həyata keçirilib.  "OLAYLAR"-ın Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasına istinadən verdiyi xəbərə görə, keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Ağcabədi rayonunun inzibati ərazisində 0,3 ha sahədən 4780 ədəd, ümumi çəkisi 1 ton 300 kiloqramdan artıq yabanı halda bitmiş narkotik tərkibli çətənə kolları, İmişli rayonu Məmmədli kəndi ərazisində isə 2 ha sahədən 2050 ədəd, ümumi çəkisi 1 ton 900 kiloqramdan artıq yabanı halda bitmiş narkotik tərkibli çətənə kolları aşkar olunaraq, yaşıl kütlə şəkilində yandırılma üsulu ilə məhv edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31