Yardımlıda 110 hektar sahədə çətənə kolu aşkar edilib
1 Noyabr 2013 15:10 KriminalDaxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsi və Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən "Xaş-xaş 2013" şərti adlı əməliyyat həyata keçirilib. "OLAYLAR"-ın Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı
Mübarizə üzrə Dövlət Komissiyasına istinadən verdiyi xəbərə görə, kompleks profilaktik tədbirlər planına uyğun olaraq keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Yardımlı rayonunun inzibati ərazisində 110 ha sahədə, 23100 ədəd, ümumi çəkisi 7480 kiloqramdan artıq yabanı halda bitmiş narkotik tərkibli çətənə kolları aşkar olunub. Aşkar edilmiş çətənə kolu yaşıl kütlə şəkilində yandırılma üsulu ilə məhv edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31