Vəkil: “Orxan Zeynalov günahını qismən etiraf edib”
1 Noyabr 2013 14:19 KriminalYeqor Şerbakovun qətlində təqsirləndirilən Azərbaycan vətəndaşı Orxan Zeynalov günahını qismən etiraf edib. Bunu onun vəkili Viktor Anikuşkin deyib. Vəkil bildirib ki, müdafiəçisi olduğu şəxs bunu qətl saymır, sadəcə olaraq, O. Zeynalov özünü müdafiə etdiyini söyləyib: "Hər şey söz atmaqdan başlayıb, zərərçəkən Zeynalovu təhrik edib, bundan sonra o, Şerbakovu vurmağa başlayıb".
Xatırladaq ki, qətl hadisəsi oktyabrın 10-da Moskvanın Qərbi Biryulevo rayonunda baş verib. apa
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31