Şəkidə avtomobil təmiri sexində yanğın olub
10 İyul 2012 20:07 KriminalŞəkidə avtomobil təmiri sexində yanğın olub.Trend-in Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Şəki rayonu, Aşağı Göynük kəndində (rayon mərkəzindən 20 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 40 kvadratmetr olan avtomobil təmiri sexinin yanar konstruksiyaları, içərisində təmirə dayanmış "VAZ" markalı 2 minik avtomobili yanıb.
Yaxınlıqdakı evlər yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31