Bakıda uşaq daşların altında can verdi
9 yaşlı uşaq uçan daş hasarın altında qalaraq ölüb
1 Noyabr 2013 13:37 KriminalÖtən gün saat 15:35 radələrində Bakının Pirallahı rayonu ərazisində bədbəx hadisə baş verib. Rayon Polis İdarəsindən verilən məlumata görə, həyətlərin birində daş hasar uçub.Uçqun nəticəsində 2004-cü il təvəllüdlü Çingiz Telman oğlu Fərzəliyev daşların altında qalıb. Daşlar qaldırılana qədər uşaq dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır. ans
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31