Aeroport yolunda faciəvi qəza: ölən var
1 Noyabr 2013 13:24 KriminalOktyabrın 31-də Bakı şəhərinin Sabunçu rayonu ərazisində ölümlə nəticələnən yol qəzası baş verib. Rayon Polis İdarəsindən verilən məlumata görə, Aeroport yolunda, Sabunçu körpüsünün yaxınlığında Mehman Hüseynov idarə etdiyi "İsuzu" markalı yük maşını ilə, Biləsuvar sakini, 1941-ci il təvəllüdlü Məmməd Quliyevi vurub.
62 yaşlı kişi aldığı xəsarətlərdən hadisə yerindəcə keçinib. Faktla bağlı sabunçu RPİ-də cinayət işi açılıb, araşdırmalar aparılır. lent.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31