Bakıda "Kəndçi" bazarı yandı

Bakının Nəsimi rayonunda A.Mustafayev küçəsi 30 saylı ünvanda yerləşən "Kəndçi" bazarında yanğın baş verib.Bazarın ərazisində vətəndaşa məxsus ümumi sahəsi 80 kv.m olan mağazanın lambirdən ibarət tavanı, kondisioner və kassa aparatı yanıb.
Alov bazar yaxınlığındakı vətəndaşa məxsus ümumi sahəsi 3000 kv.m olan Avtogigiyena Mərkəzinə də keçib. Burada təmirə dayanmış "Mercedes" markalı minik avtomobili də yanıb. Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub. Yanğın saat 04:25 radələrində yanğınsöndürənlər tərəfindən söndürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31