Zaqatalada gecə dəhşətli anlar: ölən və yaralanan var
Minik maşınının dərəyə aşması nəticəsində sürücü yaralanıb, sərnişin ölüb
1 Noyabr 2013 11:04 KriminalÖtən gecə Zaqatalada ölümlə nəticələnən ağır yol qəzası baş verib. Hadisə Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun 124-cü kilometrliyində, Zaqatala rayonu ərazisindən keçən hissəsində baş verib.
Belə ki, Zaur Nabiyev idarə etdiyi "VAZ-2101" markalı, 62 BB 914 dövlət nömrə nişanlı avtomobillə Qax rayonu istiqamətində hərəkətdə olarkən avtomobilin hərəkət istiqamətini itirərək yolun sağ tərəfindəki dərəyə aşırıb.
Nəticədə müxtəlif dərəcəli bədən xəsarətləri alan sürücü Zaur Nəbiyev, onun sərnişini Tamerlan Həsənov Zaqatala Mərkəzi rayon Xəstəxanasına aparılıb.
Lakin həkimlər Tamerlan Həsənovu xilas edə bilməyib. Zaur Nəbiyevin vəziyyəti orta-ağır hesab olunur. Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.ans