DSMF-dən banka qarşı əmlakla bağlı iddia - MƏHKƏMƏ

Azərbaycanda dövlət qurumu bankı məhkəməyə verib. Hüquq.TV-nin məlumatına görə, Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Bakı şəhəri üzrə Hüquqi şəxslərlə iş departamenti "Birlikbank" ASC-yə qarşı sosial sığorta haqları üzrə yaranmış borcun əmlaka yönəldilməsi barədə iddia qaldırıb.

2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi iddianı təmin etməyib. Bakı Apellyasiya Məhkəməsi 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qəbul etdiyi aktı qismən ləğv edib və yeni qətnamə qəbul olunub.

İşə Ali Məhkəmədə baxılacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31