Nəqliyyatda Baş Polis İdarəsinin əməkdaşları tərəfindən
2357,5 kiloqramdan artıq çətənə bitkisi məhv edilib
30 Oktyabr 2013 14:23 KriminalDaxili İşlər Nazirliyi Nəqliyyatda Baş Polis İdarəsinin tabeliyində olan Hava Nəqliyyatında Polis İdarəsi, Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin Yevlax Xətt Polis Şöbəsi və Ağstafa Xətt Polis Bölməsinin əməkdaşları tərəfindən "Xaş-xaş 2013" şərti adlı kompleks profilaktik tədbirlər həyata keçirilib. "OLAYLAR"-ın Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı
Mübarizə üzrə Dövlət Komissiyasına istinadən verdiyi xəbərə görə, tədbirlər planına uyğun olaraq keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində 6328 ədəd, ümumi çəkisi 2 ton 357,5 kiloqramdan artıq yabanı halda bitmiş narkotik tərkibli çətənə kolları aşkar olunub. Çətənə kolları yaşıl kütlə şəkilində yandırılma üsulu ilə məhv edilib.