Məhkumun şalvarının bel hissəsindən telefon çıxdı

Penitensiar xidmətin və 3 saylı İstintaq təcridxanasının əməliyyat aparatları tərəfindən müəssisəyə qadağan olunmuş əşyaların keçirilməsi cəhdinin qarşısı alınıb. Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən "Olaylar"a verilən məlumata görə, həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 3 saylı İstintaq təcridxanasına planlı etapla daxil olan 1971-ci il təvəllüdlü Siyəzən rayonunda anadan olmuş, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, AR CM-nın 234.1-ci maddəsinə əsasən həbsdə saxlanılan şəxs Quliyev Mərifət Məhəmməd oğlunun üzərinə və əşyalarına baxış keçirilib. Baxış zamanı onun əynində olan şalvarın bel hissəsindən 1 (bir) ədəd "Nokia" markalı mobil telefon aparatı aşkar olunaraq götürülüb. Fakt üzrə araşdırma aparılır.

 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31