İrandan metadon keçirmək istədi

Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan vətəndaşı Ayaz İsmayılova məxsus idman çantasına baxış keçirilib. Dövlət Gömrük Komitəsindən "Olaylar"a verilən məlumata görə, baxış zamanı həmin çantadan gömrük nəzarətinə təqdim edilməyən, üzərində "TheoChal-G 120 ml Elixir" sözləri yazılmış 1 ədəd şüşə qabda 115 ml həcmində maye halında, "Azərbaycan Respublikası ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr"in II Siyahısına daxil olan metadon məhlulu (115 ml məhlulda metadonun quru maddəsinin ümumi miqdarı 0,115 qram təşkil edir) aşkar olunaraq götürülüb. Daha sonra, sözügedən vətəndaşın hərəkətləri şübhə doğurduğu üçün şəxsi yoxlama aparılmış və onun üzərində 1 ədəd bükümdə, xalis çəkisi 0,662 qram ağ rəngli toz halında metadon aşkar olunub.  

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31