Şirvanda 330 kiloqramdan artıq çətənə bitkisi məhv edildi
30 Oktyabr 2013 11:51 KriminalŞirvan şəhər polis şöbəsinin əməkdaşları tərəfindən Hacıqəhrəmanlı qəsəbəsi ərazisində "Xaş-xaş 2013" şərti adlı əməliyyat keçirilib. "OLAYLAR"-ın Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasına istinadən verdiyi xəbərə görə, kompleks profilaktik tədbirlər planına uyğun olaraq keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində ərazidən 110 ədəd, ümumi çəkisi 330 kiloqramdan artıq yabanı halda bitmiş narkotik tərkibli çətənə kolları aşkar edilib. Aşkar olunmuş çətənə kolları yaşıl kütlə şəklində yandırılma üsulu ilə məhv edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31