Qəbələdə dəhşətli intihar: özünü güllələdi
30 Oktyabr 2013 10:05 KriminalQəbələdə dəhşətli intihar hadisəsi baş verib. Rayon Prokurorluğundan verilən məlumata görə, Nic qəsəbə sakini, 1956-ci il təvəllüdlü Qəribov Vaqif Allahverən oğlu yaşadığı ünvanda özünü güllələyərək intihar edib. V. Qəribov ov tüfəngi ilə özünə atəş açıb. O hadisə yerindəcə keçinib.
İntiharın səbəbləri məlum deyil. Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş başlanılıb
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31