“Arpaçay”da fahişəxana

Bakıda daha bir kafenin fahişəxana olması məlum olub

Bakıda daha bir əxlaqsızlıq yuvası aşkarlanıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verdilən məlumata görə, hüquq-mühafizə orqanlarına Sabunçu qəsəbəsinin ərazisindəki "Arpaçay" kafesində əxlaqsızlıq yuvasının təşkil edildiyi məlum olub.
Araşdırmalar zamanı müəyyən edilib ki, kafenin işçisi, Gürcüstan vətəndaşı İlal Məmmədovanın əxlaqsızlıq yuvası təşkil edir və qadınları fahişəliyə cəlb edir. Əməliyyat zamanı qadın tutulub.
Qeyd edək ki, əməliyyatı İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşları həyata keçirib.
Faktla bağlı araşdırmalar davam etdirilir. ans

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31