Bakıda gecə 23 yaşlı gəncin müəmmalı ölümü
Gəncin naməlum avtomobil tərəfindən vurulduğu bildirilir
29 Oktyabr 2013 13:53 KriminalBu gecə saat 00:30 radələrində Bakının Qaradağ rayonunda naməlum ölüm hadisəsi baş verib. Qaradağ rayon Polis İdarəsindən verilən məlumata görə, Ələt qəsəbəsi ərazisində 23 yaşlı gəncin meyiti tapılıb. Araşdırmalar zamanı ölən şəxsin Atamoğlan Qəhrəmanov olduğu məlum olub.
Meyidin müayinəsi zamanı onun avtomobil zərbəsi nəticəsində dünyasını dəyişdiyi məlum olub. Hazırda piyadanın nə zaman və hansı avtomobil tərəfindən vurulduğu araşdırılır.ans
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31