Bakıda peyda olan seksual manyakla bağlı YENİ FAKTLAR
29 Oktyabr 2013 12:32 KriminalBakıda qadınları həyəcan içində saxlayan seksual manyakın əməlləri ilə bağlı cinayət işi açılıb. Lent.az-ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, Hövsan qəsəbəsində törədilən seksual xarakterli xuliqanlıq əməllərinə görə Suraxanı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 221.2.1-ci (xuliqanlıq, təkrar törədildikdə) maddəsi ilə iş başlanılıb. Cinayət işinin materialları bu gün aidiyyatı üzrə Suraxanı rayon Polis İdarəsinə göndərilib və İstintaq bölməsində araşdırmalara başlanılıb.
Məlumata görə, Hövsan qəsəbəsində qadınlara hücum edən, seksual xarakterli hərəkətlər dən və qadınların fotolarını çəkərək təşviş yaradan 31 yaşlı H.D hələ həbs edilməyib. O, bir neçə gün əvvəl saxlanılıb, ifadəsi alınıb və dilindən iltizam alınaraq sərbəst buraxılıb. Bu səbəbdən də Lent.az həmin şəxsin kimliyi və digər şəxsi məlumatları barədə ətraflı bilgi vermir.
Bu gün H.D-nın başqa bir əməli barəsində Lent.a-a məlumat daxil olub. Şikayətçi qadın bildirib ki, bir neçə gün əvvəl naməlum şəxs onun həyətinə daxil olaraq, yaşadığı evin pəncərəsinin yaxınlığında dayanıb və paltarını soyunarkən fotolarını çəkib. Bu əməlin də qeyd edilən şəxs tərəfindən törədilməsi ehtimal edilir.
Qeyd edək ki, fakta görə başlanmış cinayət işinin sonradan digər maddəyə tövsif edilməsi istisna edilmir. H.D-nın hərəkətlərində seksual xarakterli zorakılıq əməlləri sübuta yetirilərsə maddə dəyişdiriləcək.