Türməyə ayaqqabı fırçasında telefon keçirmək istədi
29 Oktyabr 2013 12:09 KriminalPenitensiar xidmətin və Qobustan Həbsxanasının əməliyyat aparatları tərəfindən müəssisəyə qadağan edilmiş əşyaların keçirilməsi cəhdinin qarşısı alınıb. Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən "Olaylar"a verilən məlumata görə, həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Qobustan Həbsxanasında cəza çəkən 1985-ci il təvəllüdlü, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.1, 228.1, 274, 333.6, 338.1, 341.3, 349.2.4, 66.3 maddələri ilə təqsirli bilinərək 15 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum Xəqani Bəkir oğlu Cavadovun ünvanına Bakı şəhər sakini vətəndaş Cahangir Vaqif oğlu Məmmmədovun adından göndərilmiş bağlamadakı əşyalara sonuncunun iştirakı ilə baxış keçirilib. Baxış zamanı ayaqqabı təmizləmək üçün fırçanın içərisində xüsusi üsulla düzəldilmiş yerdən 1 (bir) ədəd "Nokia 208" markalı mobil telefon aparatı və 1 (bir) ədəd elektrik qidalandırıcısı aşkar edilərək götürülüb. Fakt üzrə araşdırma aparılır. OLAYLAR