Yük maşını minik maşınının üstünə aşdı: 2 yaralı
29 Oktyabr 2013 11:42 KriminalBu gün Gəndob-Yalama yolunun 6-cı kilometrliyində, Şabran rayonun Şahnəzərli kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Rusiya Federasiyasının Dağıstan Respublikasının vətəndaşı, 1969-cu il təvəllüdlü Çopanov Quseyin idarə etdiyi "Volvo" markalı yük maşını Xaçmaz rayon, Qaraqutdu kənd sakini, 1983-cü il təvəllüdlü Zöhram Qsımovun idarə etdiyi 27 BC 983 dövlət nömrə nişanlı "VAZ 2109" markalı avtomaşının üzərinə aşıb.apa
Qəza nəticəsində minik maşınının sürücüsü və onun həyat yoldaşı, 1984-cü il təvəllüdlü Naidə Qasımova xəsarət alıb. Xəsarət alan şəxslər xəstəxanaya yerləşdirilib, vəziyyətləri orta-ağırdır.
Qəzadan sonra yolda tıxac yaranıb. Qazaxıstana gedən yük maşınındakı balıq məhsulları yola dağılıb.
Faktla bağlı araşdırma aparılır.