Bakı-Sumqayıt yolunda qəza böyük tıxaca səbəb oldu (FOTO)

Masazır yolundakı avtomobil qəzası nəticəsində 2 nəfər yaralanıb

 Bu gün saat 08:00 radələrində Bakı-Sumqayıt yolu istiqamətində, Masazır yolunda ağır avtomobil qəzası baş verib. ANS PRESS-in hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, "Mercedes" markalı avtomobil ilə "Hundai" markalı maşın toqquşub. Qəza nəticəsində yolda böyük tıxac yaranıb.Abşeron rayon Polis İdarəsindən  verilən məlumata görə, qəza nəticəsində hər iki avtomobilin sürücüsü yaralanıb. Xoşbəxtlikdən qəza nəticəsində ölən olmayıb. Ehtimal olunur ki, qəzanın baş verməsinə yüksək sürət və ötmə əməliyyatının düzgün yerinə yetirilməməsi səbəb olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31