Bakıda seksual manyak peyda olub – TƏHLÜKƏ
28 Oktyabr 2013 18:51 KriminalBakıda seksual manyakın peyda olması barədə polisə məlumat daxil olub.Hövsan qəsəbəsində qadınlara hücum edən şəxs 10 günə yaxındır ki, sakinləri həyəcan içində saxlayır. Bildirilir ki, 30-35 yaşlı bu adam günün müxtəlif saatlarında və axşamlar küçə ilə tək gedən qadınlara hücum edir, onları yerə yıxıb seksual xarakterli hərəkətlər edir. Bu azmış kimi, o etdiyi hərəkətləri və təcavüz etdiyi qadınları telefonun kamerası ilə lentə alır. Bundan başqa həmin şəxs qadınlara yaxınlaşaraq yaxından onların şəkillərini çəkir. Bu yolla da o, qadınları qorxudur və şantaj edir.Hüquq-mühafizə orqanlarından bildiriblər ki, artıq məsələ ilə bağlı ciddi araşdırmalara başlanıb. Hövsan qəsəbəsini həyəcan içində saxlayan şəxsin kimliyi də müəyyən edilib. Bəlli olub ki, bu, 32 yaşlı H.D-dır. Hazırda toplanmış materiallar əsasında cinayət işinin açılmasına hazırlıq gedir və yaxın günlərdə məsələ ilə bağlı cinayət işi açılacaq.Qeyd edək ki, Lent.az-a müraciət edən Hövsan sakinləri gecə saatlarında küçəyə çıxarkən özlərini qorumaq üçün bıçaq və ya digər kəsici-deşici alət götürdüklərini bildirirlər. Seksual manyakın həbs edilməməsi onları daha da narahat edir.